Əlləsgər Əlioğlu - YOL ÇƏKİRƏM TORPAĞA...
...Yavaş yavaş meylim qonan torpağa,
Yol çəkirəm taleyimin qışından...
YOL ÇƏKİRƏM
TORPAĞA...
Mamırlayıb neçə-neçə diləyim,
Öz üstümdən əsib gəlir küləyim...
Bir zamanlar çiçəkləyən ürəyim,
Daha çıxıb bu bəxtimin huşundan.
Sözlərimin xəmiri də acımır,
Öz içimə yapanmıram acımı...
Qanadlari elə sınıb,uçanmir,
Əl üzmüşəm bəxtin şahlıq quşundan.
Sözlərimlə başlamışam sınağa,
Buludlarım hey döşənir varağa...
Yavaş-yavaş meylim qonan torpağa,
Yol çəkirəm taleyimin qışından.
07.07.2025
Sevil İsayeva örtük şəklini yenilədi.
2 saat ·