Əlizadə Nuri : - Tüfəng də peşman olacaq

Sənə tarix dərsi keçər,
Daş üzünə duranda.
Neyləyərsən, sevgi gəlib
Yaş üzünə duranda?
Dəli çay həvəsdə ola,
Axan sudan bəstə ola...
Baharın məhbəsdə olar,
Qış üzünə duranda.
Göyü vurma, qan olacaq,
Tanrıdan fərman olacaq...
Tüfəng də peşman olacaq
Quş üzünə duranda...