YALAN OLMASIN - BƏSTİ. BƏRDƏLİ

Ədəbiyyat 11:13 / 10.02.2026 Baxış sayı: 348

 

Deyirəm başıma nə gəlir, gəlsin,

Qəlbim aldanmasın talan olmasın.

Qoy məni ölümlə hədələsinlər,

Ancaq gerçək olsun, yalan olmasın.

 

Bütün insanlara istədim demək,

Başı uca etməz bir qarın yemək.

Nə lazım ayağa düşüb baş əymək

Hörməti ayağa salan olmasın.

 

Düz olun, düz tikin, düz yuvanızı,

Ədəblə qoruyun, söz yuvanızı.

Yalanla qurmayın öz yuvanızı,

Sevin, sevginizi, çalan olmasın.

 

Sevsin ana yurdu oğolda, qızda,

Saf olsun şerimiz, bayatımızda.

Bərdəli deyir ki, həyatımızda,

Mələk libasında ilan olmasın.