Şakir Xanhüseyn - Tərəziyə..
***
Hələ bir fikrini tərəzidə çək,
həsrəti, xiffəti vur tərəziyə...
Kini, küdurəti, qərəzi də çək,
gəlirmi heç abır, ar tərəziyə...
Yuva ki deyildir qurduğun xəyal,
qan ilə sovuşur hər cəngi-cidal...
Haqsızlıq üzünə kim oxudur val,
kimdi hiylə edən, gör, tərəziyə...
İşində çox ləngsən, sözündə yeyin,
varsa da söyləmə dərdin, gileyin...
Pərsəngi qoy olsun əl təmizliyin;
bir vicdanına bax, bir tərəziyə...