Faiq Balabəyli - GECƏLƏR YUXUMA GİRƏN QAĞAYI

Ədəbiyyat 09:45 / 10.02.2026 Baxış sayı: 365

 

Mənim yuxularım qarışıq düşüb,

Narahat yatıram gecələr, anam.

Dəstədən ayrılıb, yaralı düşüb,

Qəlbimdə qağayı gecələr, anam.

 

Sıxır gecələrin havası məni,

Sabaha çıxmağa azalır inam.

Gecələr qağayı girir yuxuma,

keşiyini çəkib yatmıram, anam.

 

Ulduzlar yanına çağırır məni,

Dalğalar dövrəmdə "əl çalır" elə.

Duya bilməyirəm şririnliyini,

yuxular gözümdə alçalır elə.

 

Kəsilib gülüşü qağaylların,

Nə bilim, yazdığım yuxudu bəlkə?

Gecələr yuxuma gələn qağayı,

Ölən dənizçinin ruhudu bəlkə?...