Adilə Nəzər - Bu qaranlıq gecədə

Ədəbiyyat 12:23 / 10.02.2026 Baxış sayı: 407

***

Bu qaranlıq gecədə

İşıq yolum olarsan?

Yuxundan keçib gəlsəm

Məni evə alarsan?

 

Bax, donub yenə qarı-

Sənə gələn küçənin.

Bircə cümlə yaz barı,

Qır bu uzun gecəni.

 

Uzun-uzadı yazma,

Bir söz könlümü açar.

Barmağının istisi

Şüşədən qəlbə keçər.

Keçirdim boşa ömrü,

Keçirdim aram-aram.

Adımı pıçıldasan,

Varlığımı anlaram.

Külək əsir, gün dönür -

Yadıma sən düşürsən.

Məni oda yandırıb,

Sən kimə üşüyürsən?!

05.02.2026