Xəyalə Sevil - Bildiyin hər şey doğru...
Bildiyin hər şey doğru,
Bilmədiyin sirr qalsın.
Çıxar məni könlündən
Başqasına yer qalsın.
Adımı astaca çək,
Heç ürəyin bilməsin.
Məni unutmaq sənə
Belə çətin gəlməsin.
Sözün canı ki, yoxdu
Belə möhkəm tutmusan.
Birinci dəfə deyil,
Yüz dəfə unutmusan.