VAQİF YUSİFLİ - Arif Buzovnalının əziz xatirəsinə
Arif Rauf oğlu Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya cəlib. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. 1993-cü ildə Azərbaycan Pedoqoji institutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq qarabağ cəbhəsinə gedib, döyüşlərdə iştirak edib.
Arif Buzovnalı ədəbi fəaliyyətə erkən yaşlarında başlayıb, 1991-ci ildç ilk şeiri «Azərbaycan gəncləri» qəzetində dərc olunub. Bundan sonra mütəmadi olaraq dövri mətbuatda bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.. O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin üzvü olub. 2003-cü ildə Təbrizdə keçirilən «Şeiri-tənz» Beynəlxalq şeir müsabiqəsinin qalibi elan edilib. Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyada keçirilmiş bir çox elmi və ədəbi konfranslarda Azərbaycanı təmisil edib. 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2022-ci ildən AYB «Füzuli» komissiyasının sədri idi. Onun şeir və məqaləlıərdən ibarət 9 kitabı işıq üzü görüb.
Arif Buzovnalı 2025-ci ildə –noyabr ayında 53 yaşında vəfat edib.
Qəzəldir səfabəxşi-əhli nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırar nazimin şöhrətin…
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola
Neçə əsrdir ki, biz Azərbaycan şeirinin Qəzəl deyilən bir gözəli, bir əfsunçusu var ki, onun tilsimindən, sehrindən qurtula bilmirik və qurtulmaq istəmirik. Qəzəl sözünün lüğəti mənası ərəbcədir, «eşqbazlıq», «müaşiqə» mənalarına uyğun gəlir. Orta əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə 9-10-cu yüzillikdə yaşayıb-yaratmış Qüdamə ibn – Cəfərin «Nəqd-əş-şeir» əsərində təsadüf edirik. Onun yazdığına görə qəzəl məhəbbət deməkdir və qadınlara olan çılğın sevgi haqqında hekayətdir. Amma sonralar qəzəl öz məna dairəsini genişləndirmiş, təkcə məhəbbət haqqında deyil, dünya-cəmiyyət-zaman-dövran- həyat barədə fikirləri də öz tematikasına daxil etmiş və ustad şairlərin qələmində fəlsəfi məzmun daşımışdır.
Qəzəlin missiyası nədir? Öncə biz dahi Füzulinin qəzəl haqqında məşhur misralarını misal gətirdik. Buna heç bir əlavə, qüvvətləndirici fikir artırmaq mümkün deyil. Qəzəl bu gün də könüllər oxşayır, xanəndələrin dilindən düşmür. Amma onu yazmaq, bu sahədə hünər göstərmək hər şairin işi deyil. Qəzəl deyəndə Nəsimi, Füzuli, Xətai, Seyid Əzim Şirvani, Əliağa Vahid, Südeyman Rüstəm, Mir Mehdi Seyidzadə yada düşür və bu gün də o ustadlarıün yolu ilə gedən şairlər az deyil. Elə Bakı-Abşeron ədəbi mühitində Hacı Mail, Hacı Əlfəmdar, Seyidağa, Bakir, Şahid, Gülarə Munis, Mahcamal, İlqar Fəhmi kimi istedadlı qəzəlxanlar yetişib. Bu sırada Hacı Arif Buzovnalını xüsusi qeyd etmək lazımdır. Onun «Ömrün ötən anları» (1999), «Mərifətdən həqiqətə» (2005), «Səhərimə nə qalıb ki» (2007), «Xəzərim» (2009), «Sarı güllər» (2010) , «Seçilmiş əsərləri» (2014), «Qəzəllər» (2023),«Vadi» (2023) kitablarında toplanan şeirlərin əksəriyyəti qəzəllərdir. Qətiyyətdə deyə bilərik ki, Arif Buzovnalının qəzəlləri bu şeir formasının yeni inkişaf mərhələsində özünəməxsusluğu ilə seçilir. Nədir bu özünəməxsusluq? Gəlin, onun bir qəzəlinə müraciət edək:
Hər dəştə düşən aşiqə şeyda demək olmaz,
Hər naz eləyən dilbərə Leyla demək olmaz.
Hər cövrə dözən kimsə rəvamı ola Yusif,
Hər zülm eləyən yarə Züleyxa demək olmaz.
Hər eşqə düşən Şirini Leylaya deyil tay,
Hər bir sevənə Vamiqü Əzra demək olmaz.
Göründüyü kimi Arif Buzovnalı qəzəlin klassik tematikasından kənara çıxır və XX-XXI əsrlərin aşiq və məşuqlarını tamam başqa bir baxış bucağından qiymətləndirir. Burada o, qəzəl ustadı Ə.Vahidə yaxınlaşır. Vahid deyirdi ki: «Sevirəm mən o nəzakətli gözəl dilbəri ki, Musiqi elmini, rəssamı, qəzəlxanı sevir». Artıq klassik qəzəllərdə tərənnüm edilən aşiqlərin-məşuqların dövrü keçib, indi Məcnun, Yusif, Vamiq, Leyli müasir dövrün insanlarıdır. Hacı Arif bu fikrini başqa bir qəzəlində belə ifadə edir:
Ey dil, mənə çox halı pərişan kimi baxma
Bir qətrə gözüm yaşına ümman kimi baxma.
Ey dil, ola dərdin gedib anlatma təbibə
Hər «can» deyənə Həzrəti-Loğman kimi baxma.
Söz xətrinə söz yazmaram, Arif,
Baxsan da mənə, sadə qəzəlxan kimi baxma.
Arif Buzovnalının qəzəllərində eşq və aşiqlik məfhumları mənaca zənginliyilə seçilir. Onun təsvir etdiyi Aşiq öncə qeyd etdiyimiz kimi, real həyatla bağlıdır. Deyir ki:
Ey fəna aşiq, mənim eşq içrə halım özgədir,
Tutma Məcnuna bərabər ki, misalım özgədir.
Məskənim səhra deyil, divanəlikdə yox işim,
Sakinəm viranədə, cahü cəlalım özgədir.
Arif buzovnalının qəzəlləri təkcə məzmununa görə deyil, həm də dili və ifadə vasitələri ilə də yenilikləri ilə seçilir. Keçən əsrin sonlarından başlayaraq qəzəl yazan şairlərimiz mümkün qədər ərəğ-fars sözlərindən ifadə vasitələrindən imtina etməyə can atdılar.Onların qəzəllərində sırf Azərbaycan sözləri üstünlük təşkil edirdi və sanki sübut etməyə çalışırdılar ki. «düşvarı asan eyləmək» müasir ədəbi dilimizin incəliklərinə yaxşı bələd olan hər bir şair üçün heç də çətin deyil. Bu fikri biz Şahin Fazilin, Ziyafət Yəhyanın, Gülarə Munisin, İlqar Fəhminin, Səxavət Talıblının, Yasin Xəlilin, Mahcamalın, Xatirə Xatunun, Ağamir Cavadın və əlbəttə, Arif Buzovnalının qəzəlləri haqqında söyləyə bilərik. Lakin bu sırada İlqar Fəhmi və Arif Buzovnalı xüsusilə fərqlənmişlər, çünki ərəb və fars sözlərini Azərbaycan sözlərilə əvəz etməklə iş bitmir, əsas məsələ qəzəldə obrazlı fikir söyləmək, Füzuli ruhunu ehya eləməkdir.
Könlündə vüsal nəğməsi vardırsa, sevirmən,
Sevda dolu qəlbin vardırsa, sevirsən.
Yox qorxusu yaş ötsə, xəzan tutsa vücudun,
Ruhunda bahar müjdəsi vardırsa, sevirsən.
Eşq içrə təlatümlə coşan qəlbinə hər dəm,
Sevdalıların qibtəsi vardırsa, sevirsən.
Cəhd eylə məramındakı könlün deyən olsun,
Nitqində vəfa kəlməsi vardırsa, sevirsən.
Həsrətlə baxan gözlərinin səcdə zamanı,
Yarın qaşı tək qibləsi vardırsa, sevirsən.
Eşq içrə sevinc umma səadət günəşindən,
Üstündə qəmin kölgəsi vardırsa, sevirsən.
Arif, əsil aşiqdə , deyirlər, ağıl olmaz,
Səndə dəlilik rütbəsi vardırsa, sevirsən.
Əsl sevginin məramını ifadə edən («Sən niyə sevirsən?) bu qəzəldə bir sıra ərəb və fars sözləri olmasına baxmayaraq kəmiyyət etibarilə azərbaycanlaşmış ərəb və fars sözləri və dilimizin öz sözləri və tərkibləri ilə rastlaşırıq.Klassik qəzəllərdə «bahar müjdəsi», «dəlilik rütbəsi», «səadət günəşi», «həsrətlə baxan gözlər», «qəmin kölgəsi» kimi təyini söz birləşmələrinə heç rast gəlməmişik, bunlar Arif Buzovnalının qəzəllərində işlənib.
Əlbəttə, qəızəli yalnız ehqdən, məhəbbətdən söz açan şeir nümunəsi kimi məhdudlaşdırmaq olmaz. Real həyatdakı, aləmdəki təzadlar, dəyişmələr, insan dünyasında baş verən ziddiyyətli hadisələr, iman və din məısələləri…bbütün bunlar Arifin yalnız eşq tematikasına qapılmadığını göstərir. Deyir ki: «İnsanda artmış iştəha, dünya malı candan baha, Məcnun və Leyla yox daha, səhra həmin səhra deyil. Nəfys ilə göz ğolmuş taraz, dürr axtaran çozh. Dürr az, dəırinləri olmuş dayaz, dərya həmin dərya deyil». Deməli, dünydan eşq dolu zərrələr əksilmiş, həyatın, gözəlliyin məna və mahiyyətinə xələllər gəlsişdir. Və deyəndə ki: «Gənc yaşımda dərdgir oldum, cavanlıq gxörmədim. Qan deyib meydanda gərdiş eyləyən çox Kimsədə pəhlivanlıq gördüm, amma qəhrəmanlıq görmədim». Bunlar, bu şikayətlər sızılştı təsiri bağışlasa da, qəlbin zəmanəyə, dövranın gərdişinə etirazlardır. Yenə bu dünyada eşqə tapınmaq, könlün diləklərini e6şqdə aramaq Arifin həyat yanğısını reallaşdırır. mTəkrar edirik, Arifin təsvir etdiyi Aşiq XXI əsrdə yaşayır. XXI əsrdə yaşayan Aşiq bütün ikökləri ilə öz vətəninə bağlıdır. Qeyd etdik ki, Arif Buzovnalı Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. İnstituta daxil olsa da, elə birinci kursdan cəbhəyə yollanıb.
Dərdlərdən, bəlalardan bizə mirasdı Vətən
Qoyma yurdunda sənin at çapa həfr yoldan ötən.
Yazacaq torpağa qanilə gedən hər qurban,
Yaşa Azərbayxan, çox yaşa, Azərbaycan!
Arif Buzovnalının qəzəllərində onun özünəməxsus şeir mədəniyyəti, bədii təsvir vasitələri, rədif və qafiyə ustalığı ilə rastlaşırsan. Deyək ki, öyrənmək, hansı şairdənsə təsirlənmək olar, amma burada yenə öz şairlik məharətini göstərməlisən. Arifi Vahid ədəbi məktəbinin bir istedadlı nümayəndəsi hesab edirik,o da öz böyük ustadı kimi qəzəldə öz hünərini gbstərmək istəmişdir. Onun qəzəllərində Vahidin müraciət etdiyi rədiflərə də təsadüf edirik. Amma baxır o rədifi yeni məna ilə süsləmək bacarıüğına. Arifin əksər qəzəlləri ən çox özünün müraciət etdiyi təzə rədiflərdir.
Sinəfmdəki al lalədmi yar dərdi məqnimçün,
Eşqin çəmənindən onu yar dərdi mənimçün.
Zövqümdü mənim yar qəmi, dərdimdi desəm də,
Xaliq onu zövq adına göndərdi mənimçün.
Nə bəhr gərəkdi mənə, nə çöllü biyaban,
Yarın saçı həm müşk, həm ənbərddi mənimçün.
Hicran günü can telləri kökləndi qəfm üstə,
Ondan bəri eşq aləmi əzbərdi mənimçün.
Bu qəzəldə «mənimçün» rədifi təzədir, başqa bir şairin qəzəlində təsadüf olunmayıb. Həm də qəzəlin özü bədii təsvir vasitələrinin orijinallığı ilə diqqəti çəkir.
Arif Buzovnalının bir qisim qəzəlləri var ki, Tanrı eşqinə yazılıb. Allaha xitablar klassik ənənələrlə bağlı olsa da, müasir dövrdə yeni mənalar kəsb edir «Məhəmməd )s) mövludu münasibətilə», «Həzrət əli mövludu münasibətilə», «İbrəftnvamfə», «Kərbəla» və s. şeirlər buna misal ola bilər.
Hacı Arif Buzovnalının yaradıcılığı bir sıra alimlərin, onun qələm yoldaşlarının nəzərindən uzaq düşməmişdir. Bunu ğiz Arif Buzovnalının 50 illiyi münasibətilə çap edilmiş «Arif» toplusunda izləyə bilərik Akademik Vasim Məmmədəliyevin, klassik ədəbiyyatın tədqiqvtçısı Firudin Qurbansoyun, şair-qəzəlxan Hacı Soltan Əlizadəqnin, Yazıçılar Birliyinin kkatibi Səlim Babullaoğlunun, mərhum ədəbiyyatşünas Bəxtiyar Məmmədzadənin və ən yaxın dostu, şair-dramkaturq İlqar Fəhminin yazılarında görürük. (Bakı, «Ecoprint» nəşriyyatı, 2022). İlqar Fəhmi yazır k i: «Arif Buzovnalının bütün yaradıcılığı əruz poeziyasına həsr olunub Ona görə də onun həyatı qəzələ bənzəyir, hər beytinin sonunda bir rədif var, o rədif də poeziyadı, əruzdur». Arif Buzovnalı həm də tədqiqatçı idi, onun əruza, klassik poeziyaya həsr etdiyi sıra məqalələri var, bu məqalələr Arifi sufizmə, ürfan elminə, Füzuli, Nəsimi, Xətai, Vahid poeziyasına dərindən bələd olan bir araşdırıcı kimi bizə tanıdır.
Hacı Arif Buzovnalı 53 il yaşadı. Ədəbiyyat üçün nə gərəkdi biliyini, sevgisini əsirgəmədi. Vaxt tapmadı yazmaq istəfdiklərini yaza bilsin, amma yazdıqları da bir şair-araşdırıcı ömrünü bu fani dünyada ölümsüzlüyə çevirdi.