Vaqif Bayatlı  Odər - Analar...

Ədəbiyyat 13:14 / 15.07.2026 Baxış sayı: 436

 

Bir ocaq başında yarıyuxulu

Analar qısılıb böyür-böyürə,

Qalıb balalara dünyanın çoxu.

Hərənin sözündən bir şey qanılar

Biri balasını tərifləyəndə -

Yana baxa-baxa susub qalanlar

Ağlayar üzünün bir tərəfində,

Göydən dillənən yox, göydən baxan yox,

Taleyin sonunda donub gözləri

Başını qaldırıb göyə baxan yox,

Böyük göy üzündən küsüb üzləri.

Allahdan, bəndədən qaçıb gizlicə

Ağlayar analar hey için-için.

Ağlamaqdan asan dünyada nə var

Ağ telli, ağ üzlü analar üçün?!

… Nəyə lazımıdı bu boyda dünya

Çoxda ki, ocaqlar his eləyirdi?

Fağır analara, gül balalara

Bu ocaq yanı da bəs eləyirdi..