Rəfail Tağızadə - Hər şey boğazdan keçir
Ədəbiyyat
09:16 / 15.07.2026
Baxış sayı: 487
Hər şey boğazdan keçir:
nəfəs üzü aşağı,
sözlər üzü yuxarı.
Günümüz pis olanda
boğaza yığılırıq.
Ağızdan bir söz çıxır,
həmən boğaz oluruq.
Bir az soyuq olanda,
bir az ürək dolanda,
yazıq boğaz tutulur...
Nə yemək keçir ordan,
nə də ki bir səs çıxır.
Adamı boğaz yıxır...
Hər şey boğazdan keçir,
Hətta tankerlər, gəmilər də.
2026