Fərhad Tapdıqoğlu -  Düşüncələr

YAZARLAR 09:10 / 15.07.2026 Baxış sayı: 416

 

Sevinən adam qətiyyətli olur,mütəşəkkil olur,insanlara diqqətli olur.

Amma sevinc də qədərində olsa yaxşıdır.

Ulu Yaradan hər kəsə xöşbəxtlik və sevinc gətirən anlar,məqamlar qismət eləsin.

=

Pərdə hər bir mənzilə yaraşıq verir.

Amma "pərdə" valdeynlərlə övladlar arasında olanda daha gözəl görünər.

Təəssüf ki,bəzi ailələrdə bu "pərdə" yoxdur.

=

İnsanın əqli nurlu insanlarla təmasda olanda aydınlığa çıxır.

İnsanın xarakteri qarşılıqlı münasibətlərdə müəyyən olunur.

=

İnsanın daxilində ( lori dildə qarnında) olan xəstəlikləri analizlər,müasir aparatlar,cihazlar vasitəsilə ilə müayinə edib,müalicə edirlər.

Kaş "qarnı qurdlular ,qarnına sancı ,azar dolanları" da bu üsulla müayinə və müalicə etmək mümkün olaydı.

=

Öz dediklərinin, danışdıqlarının həqiqət olduğuna inanmasa da,inanmadıqlarından ağızdolusu danışan ,deyən insanlar ,deyəcəklərinin doğruluğuna əmin olub ,inanıb,amma deyə bilməyənlərdən daha çoxdur...

=

Dünyamızı dəyişəndə torpağa o qədər dərd aparırıq ki...

Sonra o dərdlərimiz cücərib,böyüyür...beləcə torpağımız dərdli olur...

Dərdli torpağımız...

=

Bu külək də sakit ailə həyatı yaşayanlara narahatlıq gətirən insanlara bənzəyir...

Pozur rahatlığı,əmin-amanlığı...