Tural Cəfərli - Sonra adamların and içməyi də
Sonra adamların and içməyi də,
Səni aldatmadı, güldürdü bir az.
Nəyə and içdilər, xeyri olmadı,
And içmək onları öldürdü bir az.
Sonra gördülər ki, içməyə and yox,
Düşünüb bir inanc yeri tapdılar.
Ümid alverində tacir oldular,
Axır ki, bir qazanc yeri tapdılar.
Yerlərə, göylərə and içən adam,
Vicdanla dayandım, sən özün necə?!
Eybi yox andların canı sağ olsun,
Mən sənə inandım, sən özün necə?!