Fərhad Tapdıqoğlu - Beytlər
Bu dərd mənə od vurdu,için -için yandırdı,
Papağını yan qoyub,eləcə də yan durdu.
=
Yaltaqların çox artırma yeməyini,yalını,
Unutma sən,əyilməyən əyni-başı yalını.
=
Paxıl insanların daxili bütün paxır,
Paxır paxılın için yeyəcək axır.
=
Bir kimsənin əgər varsa təpəri,
Mütləq aşacaqdır hər bir çəpəri.
= Var-dövlət ,pul ,nəmənədir,nəmənə,
Ha topla ,yığ,qalmayacaq o nə sənə,nə mənə.
=
Ola bilməyibsə o,əsil həyat yoldaşı,
Demək adicə daşdı,yolda duran yol daşı.
=
Dostlar ,məndən nə olacaq istəyin,
Bir canım var qurban Sizə...istəyin.
=
Vətəndə qoymayanlar daş üstünə bir daşı,
Sərvətin talan edirlər...daşı ha,daşı...
=
Acı bibəri yeyərlər büküb çörəyə , fətirə,
Acı sözü də yeyərlər bir şirinə,xətirə.
=
Bir insanda varsa əgər göz yox,qəlbin korluğu,
Yaxşıları pis görməkdə çəkməz heç vaxt korluğu.
=
Bir demir,iki demir,deyir beş qat,on qatı,
Dedikləri məntiqsiz ,"çevur tatı,vur tatı".
=
Kişi var papaqlı,yaraşıqlı ,xoş,
Kişi var papağı elə qalsın boş.