Sabir  Zəkullaoğlu - Başqa millətləri bilmirəm, ancaq...

YAZARLAR 10:27 / 18.05.2026 Baxış sayı: 576

Başqa millətləri bilmirəm, ancaq biz bir millət olaraq hamıya və hər kəsə çox tez inanırıq..

Elə dinə inam, fanatizmə uymağın da kökündə məhz bu dayanır..

Heç araşdırma etmək, analiz aparmaqla işimiz olmaz..

O ki, ailələrdə söz söhbətlər, dava dalaşlar, boşanmalar, hətta ölümlə nəticələnən konfliktlər ki olur, bax onların da kökündə arvadın, uşağın, qonşunun, qaynananın sözlərinə inanmaq durur..

İllah da biz bir-birimizi pisləməkdən ötəri ölən millətik..

Bu işlərin ən əcaib tərifi isə ondan ibarətdir ki, bu kimi problemlər yaşayan ailələr, çıxış yolunu molla və ya hardasa NZS də, ya da Biləcəridə olan bir baxıcının yanına getməkdə görürlər..

Ən asan yolla idarə oluna bilən bir cəmiyyətimiz var...

Heç nə də olmasa, her şeyin o biri dünyada olacağına inandırıb, bizi xoşbəxt etmək olar..

Bir də ki, əsas xoşbəxt olmaqdır, yaşamaq yox.