Sevinc Qərib -ANA

Ədəbiyyat 19:20 / 14.12.2025 Baxış sayı: 1620

 

 

Oğul düşmən çəpəriymiş,

Çəpər "göyərdə" bilmədim.

Qız dizinin təpəriymiş,

Təpərsizdi dizim, ana...

 

Özümdən Tanrıya yolam,

Ruhum göylərə körpüdü.

Dərdin yarıtdığı qulam,

Qəmə toxdu gözüm, ana...

 

Varım-yoxum sözdü elə,

Misra-misra ömr edirəm.

Tale yazan yazdı belə,

Deyirsən döz, dözüm, ana...