Şakir Xanhüseyn·- ÜRƏYİN ÇƏKİR Kİ.

Ədəbiyyat 19:10 / 09.12.2025 Baxış sayı: 362

..

Bəzən nəyi isə ürəyin çəkir,

Onunla gedəcək dərdin elə bil...

Eh, ürək çəkməyən, axı, nə var ki,

olur, ağı qoyur qaranı çəkir,

Gah qürub çağını, gah danı çəkir...

Ürəyin çəkdiyi az deyildir, hə,

birdən çəkir çopur daşı, qayanı,

Nə güləni qovur, nə ağlayanı...

Hərdən

birdən-birə ürəyin çəkir

ana bişirdiyi yemək yeyəsən,

Ata aldığı bir köynək geyəsən...

Ürəyin çəkir ki, yoxuş çıxasan,

tər-suyun içində çalıb tişə sən

Yorulub, yorulub əldən düşəsən...

Hələ aç gözünü, bir gör kimdi o;

sanasan bir sözün oduna düşüb--

Üzünü, gözünü yalayır alov...