Şakir Xanhüseyn -balaca bir şeirdi...
###
balaca bir şeirdi,
oxuyuram, oxuyuram bitirəmmirəm onu,
neçə aya, neçə ilə qurtarram,
ömrüm yetərmi
bu balaca şeiri oxuyub sona çatdırmağa, bilmirəm...
bir misra bir də görürsən o qədər uzandı, uzandı,
bəlkə bir gün şüası da yanında bir qırıq qalar,
nəsə bu şeirdə bir qəribəlik var,
bəzən bir sözü aşmaq olmur bir dağı aşar kimi,
elə dibindən boylanırsan üzü yuxarı,
ətrafında gecə-gündüz demədən dövr eləyirsən
bir hissinin arxasınca çılğınlartək qoşar kimi...