Sabir Zəkullaoğlundan İNSANA MARAQLI YANAŞMA
İnsanın yaradılışında şəxsiyyətə pərəstiş var.
İnsan özünün bacarmadığı, lakin xəyal etdiyi əməlləri başqasında görəndə onu sevməyə, ona pərəstiş etməyə başlayır.
Fikir versək görərik ki dünyada məşhur olan, təbliğ olunan, hətta sevilən insanların əksəriyyəti başkəsən, quldur, cinayətkar insanlardır.
Tarixin yaddaşı bu kimi insanların fəaliyyətilə doludur.
Arxivlərdə minlərlə adam bu kimi insanların həyatını araşdıraraq alim, doktor adına layiq görülüblər.
Bu alimlər əldə etdikləri məlumatları tarix dərsliklərinə salır, bunu tarixin dərsi kimi tədris edirlər.
Bu adamların zamanda istifadə etdiyi əşyalar dünya tarix muzeylərinin ən qiymətli ekspanatlarına çevriliblər.
Bax beləcə insana kimi və nəyi istəsən sevdirə bilərlır..
Əgər sizi sevənlər azdırsa, demək təşviqat və təbliğatınız zəifdir.
Heç kimi boşuna sevmirlər: adamlar özləri bu sevgini qazanır, özləri özlərini yetişdirib, hətta təqdimatı yaxşı bacaran özlərini kal-kal da cəmiyyətə və tarixə yedizdirə bilirlər...