Elnur  Uğur  Abdiyev -Söykənmişəm özümə..

Ədəbiyyat 14:32 / 19.04.2026 Baxış sayı: 427

Söykənmişəm özümə,

Nə dayım var,nə əmim.

Küləyin ümidinə,

Hələ ki üzür gəmim.

 

Bir bayraq qaldırmışam,

Bax bu həyat sularda.

Bir dalğatək üzürəm,

Bu dəli dalğalarda.\

 

Fikrimin sahilində,

Sevgi yol göstərənim.

Sevgimdən güc alıram,

Nə dayım var,nə əmim!

Özüm özümə dayı,

Özüm elə əmiyəm!

Dərkimin dərininə

Sonacan üzməliyəm.