Elşən Əzim - O qədər günah eylədim
Ədəbiyyat
20:38 / 18.04.2026
Baxış sayı: 327
O qədər günah eylədim,
Gözümə baxa bilmədim.
Öz yanımda günahkaram,
Üzümə baxa bilmədim.
Suç oldum, sonam, suç oldum.
Mən- var olub görünməyən,
Şan- şöhrətə bürünməyən,
Pul dalınca sürünməyən-
Dizimə baxa bilmədim.
Öc oldum, sonam, öc oldum.
Kür taleyin qollarında,
Halım uşaq hallarında.
Gözüm sənin yollarında-
Özümə baxa bilmədim.
Qocaldım, sonam, qocaldım...