Şahverən Cavad - ŞAİR
Damsız ev kımıdir şairin ömrü ,
Əzəldən yaxındır ruhu göylərə .
"Sirri - İlahidir ", nəfəsdir ömür ,
Yeyir ömrümüzü vaxt zərə - zərrə .
Ruhum dərviş kimi havalanıbdır ,
Elə bil qürbətdir mənə Yer üzü .
Payız suları tək qırışır alnım ,
Demək , başlanıbdır ömrün payızı .
Dumanlı dağlara bənzəyir şair ,
Dərdlər də qar kimi başdan tökülür .
Quruyur suları dəniz ömrümün ,
Dalğa tək ötüşən günlərim ölür .
Günlər yaş odun tək közərmir daha ,
Ömrün payızına yol açıb ayaz .
Bu dünyadan vaxtsız köçən dostlarım ,
Hər dəfə sizinlə ölürəm bir az .
Hər şeir Allaha edilən dua ,
Hər şeir şairin arzu , diləyi .
Damsız ev kimidir şairin ömrü ,
Allaha bağlıdır şair ürəyi .
17 . 04 . 2026