Şakir    Xanhüseynli -DƏYİŞMƏZLİK

Ədəbiyyat 16:58 / 17.04.2026 Baxış sayı: 423

 

günbəgün artan bu çilələr nədir,

duyğular dəyişir, hisslər dəyişir

əsla dəyişməyən bir dəyişməzlik;

sifətlər dəyişir, üzlər dəyişir...

 

bir tabutda gedir sanki yüz nəfər,

az zaman içində hamı dəyişir...

sanırsan havanın dəyişməyidi

bir anda beynində dəyişən fikir...

 

ələnir üstünə yağışlar bir od,

hər kəsin tərəfi, yönü dəyişir;

daim addımını bir səmtə atan

görürsən elə tez yolu dəyişir!..

 

əsla dəyişməyən dəyişməzlik var,

təzə axar seçir sular axmayıb...

ayaq tərpətməyib hey yol gedənlər

mənzilmi qısaldır, ya ömür? hayıf...