Rəfail Tağızadə- Yeriyən gözəllik

Ədəbiyyat 22:00 / 08.03.2026 Baxış sayı: 457

 

Səsin rahatlıq,

sözün məlhəm,

sükutun oyanışdı

sənin.

Ətrin bihuş edən,

duruşun zövq verən,

baxışın sövq edən

qızılgülsən.

Payızın yazı andırır,

duyanı

odun, atəşin yandırır.

Sən yeriyən gözəlliksən.

Görənin susan yeri,

tanıyanın səcdəgahısan.

Dənizsən,

dalğasan,

ləpəsən,

qayasan.

İnsan adında yaradansan,

QADIN!!!