Ələsgər  ƏLİOĞLU - ARILARIN TƏZƏ EV-EŞİYİ

YAZARLAR 09:47 / 09.03.2026 Baxış sayı: 318

 

Balalara hədiyyə

 

Vüsal çəpərin qırağındakı qarağacın ya¬nın-dan keçərkən arıların burada kom bir halda vı-zıl¬tı sal¬dı¬ğı¬nı görüb ayaq saxladı. Arılar ağacın aşağı budaq¬la¬rın¬dan birinə daraşmışdılar. Vüsal qorxub bir az kənara çə¬kildi və cəld babasının yanına qaçdı:

– Baba, baba, orda bir kom arı var!

– Harda, ay Vüsal?

– Çəpərimizin yanındakı qarağacın buda-ğın¬da...

Baba Vüsalın deduyi yerə gəlib baxdı və nə¬¬və¬si¬nə dedi:

– Hə... Əziz balam, arılar beçə verib, indi onları sakitləşdirərəm...

– Beçə nədir, baba?

– Yadına gəlirmi, iki il qabaq əmingilin öz-lə¬ri¬nə təzə ev tikdirib bizdən ayrıldıqları?

– Bəli, baba!

– Niyə ayrılırdılar? Bir yerdə yaşayardıq də.

– Axı evimiz bir az balaca idi... Əmimin bəbəsi bəzən azacıq səs-küyə yuxudan qalxıb ağlayırdı...

– Ay sağ ol, düz tapdın. Evimiz iki ailə üçün dar¬keş idi. Əmingil də ona görə təzə ev tikdirib ayrıldılar. Arılar da insan kimidir. İndi bu arıların ailəsində də sıxlıq yaranıb. Onlara da təzə ev-eşik lazımdır... Gö¬rünür darıs¬qal¬lıq¬dan heç havaları da çatmır. Onlar da insanlar ki¬mi rahat ev-eşikdə yaşamaq istəyirlər.

Baba bir boş arı yeşiyi gətirib qoydu qa¬ra-ğa¬cın beçə qonan budağının altda. Sonra şər¬bət düzəldib yeşiyin boş şanlarına və ağızlı¬ğı¬na çi-lə¬di... Budağı bir-neçə dəfə ehtuyatla yeşi¬yin içinə silkələdi.. Ana arı¬nın da yeşiyə düş¬dü¬yü¬nə tam əmin olduqdan sonra qapağı örtdü..

Bir azdan qalan arılar da vızıltı sala-sala ye¬-şiyin ağız¬lığından içəri doluşmağa başladı¬lar...

Vüsal gülümsəyə-gülümsəyə ucadan səs-ləndi:

– Təzə eviniz mübarək olsun, ay arılar!

29.11.2024