Bəhram Bilaloğlu - Toxunmayın söz xəttimə...
Ədəbiyyat
20:05 / 09.03.2026
Baxış sayı: 110
Toxunmayın söz xəttimə,
Titrətdiyi dağlar vardır.
Ruha ehsan, fərman verən,
İlahidən bağlar vardır.
Meyarımdır səbr etməyim;
Sonunda min çiçək açar.
Eşq yolunda fədaiyəm,
Sonsuzluqdan şəfəq saçar.
Baharında gülər üzü,
Ətirindən ilham alar.
Toxuduğu misralardan,
Bəhram zülfü min kam alar.
Beyət edər hər anını,
Qılar səcdə, an şahiddir.
Ölməz olan haqq sözlərim,
Yıxılmazdır, həm şəhiddir.