ORALAR TANRI YANIDI

Ədəbiyyat 12:53 / 25.12.2025 Baxış sayı: 111

 

Hamı sakit oldu, kəmərləri bağladı, təlimata uyğun hərəkət elədi. Ancaq hər şey yaxşı olmadı. Hökumə Əliyevanın ruhuna sayğıyla...

Qəzada həyatını itirən insanlara Tanrıdan rəhmət diləyirəm.

 

Göy üzündə titrək səsin

neçə ürəyi dağladı.

Qəm çilənmiş harayından -

göy məhvərindən laxladı.

Ruhun göylərə çəkildi,

ahın buluda büküldü.

Gözlər gözünə dikildi -

hamı kəmərin bağladı.

...Oralar Tanrı yanıdı,

canın hesabat anıdı,

səni kainat tanıdı,

göylər yadında saxladı.

Səndən xəbər tutanacan,

ananacan, atanacan,

hayın bizə çatanacan

sənə mələklər ağladı.

26.12.2024