Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salındı

MƏMLƏKƏT 11:53 / 22.12.2025 Baxış sayı: 1679

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç davam etdirilir.

Yenises.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə - 54 nəfər köçürülür. Köç karvanı Tərtər rayonundan yola salınıb.

Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.