Əlizadə Nuri - Sənə

Ədəbiyyat 21:38 / 24.12.2025 Baxış sayı: 391

 

Bir az səni düşünüm-

Qoy, bir az sərxoş olum.

Bir günlük göyüm olsun-

Bircə günlük quş olum.

 

Mən səndən göyərmişəm-

Sən buğda, mən səməni.

Bircə yol öldür məni-

Bircə dəfə xoş olum.

 

Bu gündü, ya qərinə?

Bu gün batıb dərinə.

...Əlini qoy əlimə-

Qoyma əliboş olum...