Əşrəf Veysəlli - NƏ VAR

Ədəbiyyat 08:16 / 25.12.2025 Baxış sayı: 176

 

Olumla ölümün arası yaxın,

Bu yol ayrıcıında doğmalar , yadlar.

Yolu asfalt olub qəbrstanlığın,

Nə var o dünyaya köçməyə, nə var.

 

Dostlar ağır gündə yad eyləyərlər,

Küsmüş ruhları da şad eyıəyərlər.

Büst düzəltdirib ad eyləyərlər,

Nə var o dünyaya köçməyə, nə var.

 

Gəlib gedənlərlə doludur yolu,

Keçməyən olurmu görən bu yolu.

Qəbirstanlıq yolu- qardaş ,su yolu,

Nə var o dünyauya köçməyə, nə var.

 

Duyan bir ürəklə lap son nəfəsdə

Dönüb gülzar olar sənə qəfəs də.

Sürünə- sürünə torpağın üstə,

Nə var o dünyaya köçməyə, nə var.

 

Orda bağ dərdi yox, otaq dərdi yox,

Ailə qayğısı, uşaq dərdi yox.

Orda Vətən dərdi, torpaq dərdi yox,

Nə var o dünyaya köçməyə, nə var.

 

Vurmamış bir ömrü başa dünyada,

Çıxmasın cəhdlərin boşa dünyada.

Yaşaya bilirsən, yaşa dünyada,

Nə var o dünyaya köçməyə, nə var?!..

1993- cü il.