Əlirza HƏSRƏT  - SON NƏĞMƏ

Ədəbiyyat 09:17 / 25.12.2025 Baxış sayı: 129

 

(25 dekabr 2024-cü ildə Qazaxıstan səmasında qəzaya uğrayan uçaqda həlak olanların xatirəsinə)

 

Göylə Yerin arasında,

İlahi,nə səs idi o?

Səma qızı Hökümənin,-

Son nəğmə nəfəsiydi o?!

 

"Hər şey yaxşı olacaq", keç,

Qaranlıqda bir işıq seç.

Bəlkə uçaq deyilmiş heç,-

Bir ölüm qəfəsiydi o.

 

Göz yaşını sil gözündən,

Ta kül çıxmaz bu közündən.

Mələklərin Göy üzündən,-

Tökülmək həvəsiydi o...