Çata-çatmaya- yazdı Fərhad Tapdıqoğlu
Bir az da təbəssüm
Oğlan girdi "Tiktoka",çhat-a...Məqsədi o idi ki,qız tapa.O qızın qəlbində sevgi ocağı çat-a...
Tapdı...görüşdülər...
Amma qız yatmadı ipə-sapa.
Oğlana elə gəldi ki,qız çat-daqdı,çat-dı,onun axtardığı deyil ...
O qıznan növbəti görüşdən sonra aradan çıxdı,qaçdı...
Qız da onun arxasınca qaçdı ki,ona çat-a ...
Oğlan qaçdığı yerdə birdən yıxıldı.
Sən demə ,yol çat-çat-dı...
Qız gəldi oğlana çat-dı...
Oğlan ayağa qalxdı.
Heç nə olmayıbmış kimi qıza baxdı...
Birlikdə bir az yol getdilər...
Oğlan yaşadıqları evi qıza göstərərək , üzünə baxdı.
Qızın üz-gözü tərdi...
Ay da,evin divarı,tavanı tamam çat-dı...
Qız öz-özünə dedi:"Evinə bax,bu oğlan çat-daqdı,çat-dı...Nahaq onun arxasınca qaçdı,çat-dı..."
Qız oğlandan,oğlan qızdan uzaqlaşdı...
Oğlan getdi yenidən girə "Tiktoka",çhat-a,başqasını tapa,istəyinə çat-a...
Oğlan arzusuna çat-a-çat-maya...
...Nəysə ...ehh...
...İndi onsuz da hər yerdə çapa-çapdı,çat-a-çat-dı,qapa-qapdı...neyləyə bilərik...
P.S.Yeri olmasa da yazıram...
Bizim aldığımız təqaüd də ( pensiya) elə bu aydan o aya çat-a-çat-maya...