Zəka Vilayətoğlu - Oxu, Zəka!

Ədəbiyyat 15:00 / 23.12.2025 Baxış sayı: 786

Neçəki qəlbində yaz havası var,

sevgi nəğmələri yaz, oxu, Zəka!

Azdır, köksündəki sevən ürəyə,

dəysə yüz min kərə naz oxu, Zəka

 

Kim deyir sevgidən yalan yazırsan?

Eşq edib könlünü talan, yazırsan,

hər nə yazırsansa nalan yazırsan,

götür sinən üstə saz, oxu, Zəka!

 

Pisliyə yer yoxdur sevən könüldə,

Sevgidən boy atır çiçək də, gül də.

Neçə nəğmə yatır çiçəkdə, güldə

Keçmə bu sevgidən vaz, oxu, Zəka