Aləmzər Sadıqqızı -Yaxşı ki, bilmədin...
Səni sevdiyimi sən heç bilmədin...
Gizlədim həmişə baxışlarımı...
Məni sevdiyini mən bildim ancaq...
Oxudum gözündə yağışlarını...
Yağdı yağış kimi, yağdı qar kimi...
İslandım, üşüdüm baxışlarından..
Nə gözlərim güldü, nə ömrüm -günüm...
Ömrüm yetim qaldı "qarğışlarından"...
Körpə usaq kimi möhtacam sənə...
Sən hardan biləsən səni anıram...
Səninlə çatmışam ömrün sonuna,
Hələ də bu eşqə gizli yanıram...
Hələ də qaçıram baxışlarından..
Bu yazıq sevgimi gömdüm əzizim..
Yaxşı ki, bilmədin səni sevirəm...
Yaxşı ki, bilmədin öldüm ezizim.
25.12.2016.