Elnur Uğur Abdiyev - Üzün ağ, başın dik şax yaşamadın,
Üzün ağ, başın dik şax yaşamadın,
Özün öz kölgənə sindinsə heç nə.
Birin olduğundan uca göstərib,
Onun ayağına endinsə heç nə.
Zaman torpaqsan da oyacaq səni,
Öz əlin əməlin soyacaq səni.
Bil ki, yarı yolda qoyacaq səni,
Özgənin atını mindinsə heç nə.
Elnur açır üzə uğur qapını,
Yad iynəyə salma ömür sapını.
Gözlə çəkən çəkər haqq - hesabını,
Vaxtından bir az tez dindinsə heç nə