İlgar Turkoglu  -  İlgar Turkoglu

Ədəbiyyat 14:10 / 26.06.2026 Baxış sayı: 287

İçindəki bu nə xofdu?

Adam bildim, bu da belə...

Bu nə "ah"dı, bu nə "of"du?

Əyilməyib "u" da belə...

 

Dava tərif davasıymış,

"Qanqal gülü" havasıymış,

Qəlbi qarğa yuvasıymış,

Vəsf etdiyi qu da belə...

 

El ha deyil, səyi yoxsa,

Qoxuyacaq zəyi yoxsa,

Yazdı-pozdu nəyi yoxsa,

Durulmadı su da belə..

Unudubdu dünü, yetməz,

Aydınlığa günü yetməz,

Səsi yetməz, ünü yetməz,

Başladığı “do” da belə...

Çıxmır tet-a-tetə, yoxdur,

Tabı bircə setə yoxdur,

“A”da yoxdur, “z”edə yoxdur,

Baxıb gördüm “o” da belə..