ƏLƏSGƏR ƏLİOĞLU--YAĞIŞ YAĞAN SƏMTƏ GET

Ədəbiyyat 19:00 / 25.06.2026 Baxış sayı: 245

 

Gəlib düşsə gül-çiçəkli yaz yada,

Bir yarpaq da umma quru səhradan...

Vaxt öldürmə, balıq gəzmə dəryada,

Sən yön çevir, yağış yağan səmtə get.

 

Buludları qoy göy üzü kişləsin,

Dəli şimşək şahə qalxsın, kişnəsin.

Yaz yağışı iliyinə işləsin,

Yavaş-yavaş günəş doğan səmtə get.

 

Nəfəsini dər yoxuşda bir hovur,

Boş qalmasın hisslərinin tilovu...

Onda bax gör sinən necə söz ovur,

Təbin çaytək coşub axan səmtə get!..

Sən yön çevir, yağış yağan səmtə get!..

02.10.2024