Elşən Əzim -Mənim

Ədəbiyyat 22:22 / 25.06.2026 Baxış sayı: 213

Məni danışdırıb halımı sorma,

Əyibdi qəddimi qarğaşa mənim.

Harda yolum döndü, harda yanıldım?

Taleyim tuş oldu qarğışa mənim.

 

Axmadı qismətim axar tərəfə,

Qönçəm baş endirdi o xar tərəfə.

Ha dedim, yol alım bahar tərəfə,

Yönəltdi ömrümü qar qışa mənim.

 

Tanrı yığvalımı deyir, tapmıram,

Ağac bar budağın əyir, tapmıram.

Toyda söyləməyə şeir tapmıram,

Bir misram da gəlmir alqışa mənim.

25.06.2026