Fərhad Tapdıqoğlu - Maya
( qısa hekayə)
Yeniyetmə yaşlarında "ağ maya" kimi olan Maya ailə qurandan sonra həyət-bacada çox işlədiyindən qaralmışdı.
... Hava işıqlaşanda "süni maya-lanma haqqında " oxuduğu yazını kənara qoyub ,mətbəxə keçdi Maya...
Mətbəxdən çıxıb, inəyi sağmağa getdi ...İnəyi sağdı Maya.Sonra sağdığı südü süzdü,qaynatdı,süd bir az soyuyandan sonra isə qatıqla maya-landırıb çaldı...
Maya-lanmış pendirin dadına baxdı Maya...
Sonra maya qatıb xəmir yoğurdu Maya...
...Əlinə bir az maya salan Maya xeyli sayda toyuq,qaz,hinduşka saxlayırdı.Yenicə yumurtadan çıxmış yüzdən artıq toyuq cücələrinin maya-lanması ilə məşğul oldu Maya...
Maya düşünür ki,maya qədər ( may ayı) beçə olacaq cücələri,sonrakı aylarda isə qazları,hinduşkaları satar,maya-sını da çıxardar,xeyli qazanc da götürər...
Xeyirli olsun Maya!
Maya-nı batırmayasan,qazancın bol olsun Maya!