Fərhad Tapdıqoğlu - Düşüncələr

YAZARLAR 10:00 / 20.07.2026 Baxış sayı: 621

Özünüzü pozitivə kökləyin,dostlar!

 

Qanımız qaradır...

Qanımız qaraldı...

Yəni əsəbiyik...

Əsəbi olduğumuzdan qanımız qaralır,yəni qatılaşır.

Deməli ,qan damarlarımızda tromblaşma ola bilər,yəni infarkt keçirə bilərik...

Qanımızı qaraldan səbəblərin sayı həddindən çoxdur.

Özümüzü ələ almağa çalışaq...

Nə qədər çətin olsa da,hətta mümkünsüz olsa belə...

Calışaq. ..

Axı ömür çox qısadır.

Şair demişkən:

"Ayıraq ziyandan xeyrimizi,

Qoymayaq əyrilər əysinlər bizi.

Sən mənə arxa ol,mən sənə dayaq,

Beləcə qoruyaq bir-birimizi,

Lap az yaşayırıq bu dünyada biz. "

Qanınız qaralmasın ,dostlar!

Özünüzü pozitivə kökləyin!

Üzünüzdə təbəssüm,dodaqlarınızda gülüş olsun.

Qəlbinizdə Tanrı sevgisi,başınızın üstündə Günəş olsun!

=

İnamımıza mütamadi "qulluq edirik,su veririk ki,təzə-tər qalıb böyüsünlər,artsınlar..".

Bir az böyüyən kimi onları "biçib çölə tökürlər" ...

Azalan,kiçik ümidlərimizi yenidən becəririk...beləcə artır. ..sonra yenə də "biçilib,çölə tökülür"....

Lap şəhərimizi bəzəyən qazonlar kimi...

Xərc çəkib,böyüdüb,sonra biçirlər qazonları...tökürlər çöllərə...sonra yenidən becərirlər..

Elə sabaha inamımızı da,ümidlərimizi də biçirlər,qırırlar,öldürürlər...

=

İndi bizdə yüz dəfə biçəndən sonra ,bir dəfə ölçürlər ...