O ƏVVƏL, BU DA AXIR -    Ələddin Əziml

Ədəbiyyat 21:00 / 19.07.2026 Baxış sayı: 519

 

" Sözlərdəki sən"dən

 

Təbəssümün

çəkilir günbəgün

zərif dodaqlarından-

o ilk baharından.

İlahi baxışların

silinir gözlərindən.

Əyilir şux qamətin,

kədər qonur üzünə.

Qırışlar

yol tapır asta-asta

o parlaq bənizinə.

Yavaş-yavaş quruyan

çaya,

ağaca bənzəyirsən.

Dadına yetmir daha,

sevimli xəyalların.

Əgər

gücün çatırsa,

zamanı sal atından,

yönünü döndər gerı.

Həyat

öz axarında

xoş,

naxoş anlarıyla.

Ürək

boşalır, dolur

sevgi ilə,

ağrıyla.

Hələ ki dayanmısan

söykənib ümidinə.

Bəlkə,

özün yaxşı bilirsən,

de,

bu necə həyatdır?!

Hətta,

bir ulduz belə

işarmır ötənlərin

sonunda, axırında.