Ayaz  Arabaçı - Məni Şuşaya yazmazlar..

Ədəbiyyat 09:09 / 20.07.2026 Baxış sayı: 637

Zatından xəbərsiz zatlar,

Adamdan başqa hər zadlar,

Qancıq itlər, madyan atlar,

Məni Şuşaya yazmazlar..

 

Havalanıb çöllənmişlər,

Öz qanında göllənmişlər,

Ordan-burdan döllənmişlər,

Məni Şuşaya yazmazlar..

 

Tanıyıram gürzələri,

Hədyan deyən hərzələri,

Qoltuq, qucaq mirzələri,

Məni Şuşaya yazmazlar.

 

İçimdə bir qaboy inlər,

Könlüm deyər, ruhum dinlər,

Erməddinlər, petrəddinlər,

Məni Şuşaya yazmazlar..

 

İndi saxtadı məlhəmlər,

Tamam azalıb mərhəmlər,

Yox ey, anası məryəmlər,

Məni Şuşaya yazmazlar..

 

Hələ ki, belədi işlər,

Deşilmir, çibanlar, şişlər,

Ağzını Elza tikmişlər,

Məni Şuşaya yazmazlar.

 

Hər kəlməm bir ox, yazmışam,

Gözü-könlü tox yazmışam,

Mən Şuşadan çox yazmışam,

Məni Şuşaya yazmazlar.

Ayaz Arabaç