Adil Şirin - ALAQARANLIQ
Ədəbiyyat
11:22 / 19.07.2026
Baxış sayı: 697
Dan ulduzu gülümsəyir,
Şəhərin alaca aydınlığında.
Hələ səhər açılmamış
Quşlar oyanıb səs-səsə verib yay bağında.
Bir azdan bu gözəl alaqaranlıqda
Dan ulduzu gülümsəyə-gülumsəyə
Qeyb olacaq bir anda.
Bir azdan günəşin ilk şəfəqləri
Görünəcək uzaqlarda mavi dumanda...
Pəncərəni açıram,
Pəncərədə foto-neqativ kimi
Yavaş-yavaş aydınlanır,
Aşkarlanır şəhər.
Alaca aydınlıqda
Dəniz qoxuyur səhər...