Arzu  ADA  - GÖZƏL ÖLÜM

YAZARLAR 10:55 / 19.07.2026 Baxış sayı: 711

 

Esse

İçimdəki köhnə tanış çoxdan gəlir asta asta .

Qapı döymür.

Açar özündədir.

İllərdir divanın küncündə oturub məni seyr edir.

Adını çəkmirəm. Çünki adı çəkilən şey gerçək olur.

Çünkü hələ yaşamaq istəyirəm.

Bizim söhbətimiz yoxdur.

Bəzən gecə saat 3-də nəfəsim kəsiləndə o da dərin nəfəs alır.

Bəzən bir məktub yazanda, son cümlədə qələmi əlimdən alır.

Bu qədər bəsdir deyir gözləri ilə.

Yazmış nə olacaq...Yenə kişili qadınlı sənin yazdıgını oxuyub köks ötürəcəklər...

...Kaş biz də belə yaza biləydik ..deyəcəklər

Amma aparıb <ürək+ göbəyi > Nazlı qarıya qoyacaqlar

Alnı düyünlüdür axı Nazlının.

Hamı qorxur ondan postunu ..şerini görəndə bisimillah deyirlər .

Cəzası agır olur .Hünərin var onun yazısına laqeyid keç

Gör başına nə nə böhtanlar atar ..

şərlər deyir.

Sən bəs kimsən ?!

Sakit.. səssiz yazıb atırsan bura

Qıraqdan baxıb :

. .. Bu millətin kodu niyə belə sınıq salxaqdır . deyə fikirləşirsən

Gözəl düşüncə də budur yəqin.

Qışqırmayan.. yalvarmayan.. dram yaratmayan.

Keçək gözəl ölümə. )

O

sadəcə gəlib yanında oturub deyir.

. .Yorulmadınmı?

Mən burdayam. İndi gedək.

İnsanlar elə bilir ölüm qara libaslıdır, əlində oraqlı.

Yox...

Ölüm

Sənin oxumadığın kitab kimidir.

Sənin demədiyin ..səni sevirəm. kimidir.

Çünkü hər şey xəyalda qaldıgı müddətcə gözəldir

O ölüm

tanışdır. Çox tanış.

Gözəl ölüm izahat istəmir.

Heçkimdən halallıq diləmir.

Sadəcə bir gün səhər oyanırsan və görürsən ki,

pəncərənin o tayında Günəş var,

bu tayda isə sən artıq yoxsan.

Və ən qəribəsi nədir bilirsinizmi?

Öləndən sonra heçkim səni tam xatırlamır.

Biri deyir. Yaxşı şərbaz idi.

Nəfəsi böhtanla gedib gəlirdi

Birinə deyirlər

Qələmi iti idi

Vuranda <12 şkala> ilə vururdu )

Biri deyir..

Çox danışırdı.

Biri deyir...Bir dəfə inciditdi məni.

Səni parçalara bölüb + bölüşürlər.

Sən isə artıq bütövsən. Heç bir parçaya ehtiyacın yoxdur.

Ona görə qorxmursan

BİR GÜN :

içimdəki köhnə tanışla çay içəcəyik.

Danışmayacağıq.

Lazım deyil.

O mənim bütün yarımçıq cümlələrimi bilir.

Mən də onun niyə bu qədər susduğunu.

Gözəl ölüm budur.

Arxanda səs-küy qoymadan getmək.

Bir ürəkdə səssiz qalmaq.

Və bir şairin, adını bilmədən,

illər sonra sənin kədərini yazması.

Çünki insan bədəni ilə yaşamır

..

Son deyil .