Şakir Xanhüseynli -   YAŞIL ÜMİDLİ ADAM

Ədəbiyyat 21:25 / 19.07.2026 Baxış sayı: 584

 

yamyaşıl geyimdə--

yamyaşıl pencək- köynəkdə

payızsan ki varsan

başdan-ayağa;

bəlkə quruyubdu əkdiyin ağac;

su gəlmir bağına çəkdiyin arxdan,

a yaşıl ümidli adam?..

yaşıl başmaq geyib, elə sanırsan

gəzdiyin çöl-bayır,

keçdiyin yol-cığır yaşıllanacaq...

yaşıla bürünüb,

ala bürünüb

qara günlərini düyənlərə bax;

üşüyə-üşüyə

odlanıb canında od soyudaraq

köz üstə qəlbini qoyanlara bax