Əbülfət Mədətoğlu Qələmindən
Bax orda...
Sözün gücü çatmır gözlə deyəcəm
Alovla, atəşlə, közlə deyəcəm...
Nə qədər sağamsa, "Gözlə!" - deyəcəm -
Başına dönəcəm elə , bax orda!,
Sənə gətirəcəm canımda - məni
Görmək istədiyin yanında- məni!
Duyğulu, ən kövrək anında məni -
Başına dolandır, belə , bax orda!
Gecə də, gündüz də zaman sualsız
Etməz, gəl!- deməyin, məni bu halsız.
Yaşaya bilmirəm daha xəyalsız -
Mizrabda yatmırki , telə, bax orda!
Təhlili:
Əbülfət Mədətoğlunun təqdim olunan bəndləri həsrət və sadiqlik hisslərini alovlu metaforalarla ifadə edən klassik poetik nümunədir. Lirik qəhrəmanın daxili dünyasını, sevgiyə bağlılığını və sonsuz vəfa hissini tərənnüm edən yüksək emosional tutumlu bir əsərdi.
Şeir həm bədii təsvir vasitələrinin zənginliyi, həm də daxili ritmi ilə diqqəti cəlb edir. Şeirin əsas mövzusu həsrət, sədaqət və ruhsal vəhdətdir. Müəllif sevgini sadəcə iki insanın fiziki yaxınlığı kimi deyil, bir-birinin varlığında ərimək kimi təqdim edir
. "Nə qədər sağamsa, Gözlə! - deyəcəm" misrası aşiqin zamana və məsafələrə meydan oxuyan sadiqlik andıdır. Şair hisslərin miqyasını böyütmək üçün güclü poetik obrazlardan istifadə etmişdir:
"Alovla, atəşlə, közlə deyəcəm" – Burada hisslərin hərarəti daxili yanğı və ehtiras simvolları ilə ifadə olunub. Sözün bitdiyi yerdə bədən dili və baxışlar (gözlər) önə çıxır. "Mizrabda yatmır ki, telə, bax orda!" – Klassik şeir ənənəsinə söykənən bu metafora qəlbin musiqisini bəyan edir. Aşiqin qəlbi simli bir alət (saz, tar), sevgilinin xəyalı isə mizrabdır.
Mizrab telə toxunmasa, musiqi yaranmaz, yəni sevgilisiz həyatın mənası və ahəngi yoxdur. Bəndlərin sonunda mütəmadi təkrarlanan "bax orda!" ifadəsi lirik qəhrəmanın xəyalında canlandırdığı o müqəddəs və xüsusi məkanı vurğulayır. Bu təkrarlar şeirə həm də xüsusi bir ritm və daxili musiqi qatır. Şeirin dili olduqca axıcı, xalq yaradıcılığına və aşiqanə poeziya ənənələrinə yaxındır.
Şair mürəkkəb fəlsəfi terminlərdən qaçaraq, duyğularını birbaşa və səmimi şəkildə ötürür. "Başına dönəcəm", "başına dolandır" kimi xalq leksikasına məxsus ifadələr sevginin fədakarlıq (özünü qurban vermə) mərhəsini bədii şəkildə rəsmiləşdirir.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram!
Sevil Azadqızı