Fərhad Tapdıqoğlu - Çiçəyi gözəlliklər çəkdi...
Düşüncələr
Çiçəyi bağçalarındakı gül-çiçəklərin gözəlliyi çəkdi...
Elə bil bağçaları al-əlvan çiçəklərdən ibarət bir dibçəkdi...
Çiçək baxdı gözəlliyə... ətirli havanı ciyərlərinə çəkdi...
Onu gözəliklərlə zəngin Yer çəkdi,mavi səma,Göy çəkdi...
Çiçək telefonla çiçəklərin şəklini çəkdi...Yeri çəkdi...Göyü çəkdi...sonra gözlərini bu gözəllikdən ,bu "gözəllik dibçəyi"ndən çəkdi...
Çiçək ardınca həyətlərindəki su quyusundan su çəkdi,yaş əllərini saçlarına çəkdi,əl-üzünə çəkdi...sonra salavat çəkdi və qabları yuyaraq suya çəkdi...
=
Şaxı ( Şahmar ) yığıb satdığı odunun,şax- şəvəlin pulları ilə özünə təzə,şax kostyum alıb ,geyinib dostu Faxının toyuna bir şax ( əvvəllər toya şax bəzəyərdilər) bəzəyib şax yerişlə gedib ,mağarda özündən razı halda ,şax-şux duruşla dostunun qarşısında dayanıb,onun üzünə şax baxaraq təbrik elədi və çalançılara bir şax beşlik verib,"tərəkəmə" çaldıraraq rəqs etdi...
=
İtinin yalını verməyə tələsən Yalçın əliyalın ,ayaqyalın ,əyni yalın ,atını yəhərləməyərək ,yalın halda minib,atın yalından yapışaraq ,çaparaq,yalı aşıb evlərinə çatdı...