Sevinc Qərib - Günəşin qəhqəhəsi də...

Ədəbiyyat 10:38 / 07.10.2026 Baxış sayı: 543

Günəşin qəhqəhəsi də

itdi buludların arxasında,

İsti, qaynar gülüşlər əridi

göyün soyuq divarlarında,

üstünə payız ağladı...

İndi dəli küləklər at oynadır

gün şəfəqlərinin öpdüyü yerdə.

Ovcuma daman həsrətin kimi

içimi sızladır leysan yağışlar.

Darıxıram...

Bir də pəncərəmi mühasirəyə alan

qorxulu səslər üşüdür məni...