Əlizadə Nuri - ÖLÜM

Ədəbiyyat 12:25 / 07.10.2026 Baxış sayı: 745

 

Gətirdiyin havadan,

Son dəfə udum, ölüm.

Sən baxınca ölmərəm

Gözlərini yum, ölüm.

 

O nəğməni oxuma-

Qar yağacaq yuxuma...

De, mən boyda toxuma

Olarsanmı şum, ölüm?

 

Kimdi mənə daş atır?

Yad atır, qardaş atır?

...Səhra kimi yaşadım

Qoy, indi qum- qum ölüm..