Sabir Rüstəmxanlı - Məni atdın, atıb getdin, əzizim...

Ədəbiyyat 20:39 / 07.10.2026 Baxış sayı: 629

Məni atdın, atıb getdin, əzizim.

Mən bu axşam unudulmuş bir

kəsəm.

Dost itirmək hər ağrıdan ağırdı.

Bir gecədə qara saçım ağardı.

Əldə bir qədəh şərab

Səni əvəz eləmir.

Həsrətli xatirələr

Səni əvəz eləmir.

Şəkillərdən baxışın

Səni əvəz eləmir.

Yastığımda göz yaşım

Səni əvəz eləmir.

İlk bahardı? Son bahardı?

Unutdum...

Dan yerini kipriyimlə ağartdım.

Niyə mənə qismət oldu intizar?

Ürəyimə niyə yağdı yağışlar?