Ağaevli Əli Hacı - Ümüdləri asdım ömrümün...
Ümüdləri asdım ömrümün,
Gözləmə zalının divarlarından !
Məktubları gələcəyə yazdım,
Xəttmi oxuya bilməyənlərin adından !
Məni başa düşənlərdən,
Bir küçə aşağı yaşadım !
Küçəmizə zibil atıb gedənləri,
Evinə zibil daşıdım !
Alnımdakı yazını oxuya bilmədim,
Gördüyümün kitabını yazdım !
Misra-misra,şeir-şeir
Ağ vərəqlər üzünə ayazıdım !
Mənzilimin yuxarı mərtəbəsindən,
Səs-küy gəldi,
Cin mindi başıma !
Yuxarı mərtəbələri baş daşı bilib,
Geyindirdim başıma !